-
- 20-02-2024, 12:57
- 246
Brent markalı neft ucuzlaşıb
Yaxın Şərqdə davam edən gərginlik və Çinin neftə tələbatı artıracaq iqtisadi addımları, həmçinin ABŞ Federal Ehtiyat Sisteminin (FED) gələcək pul siyasəti ilə bağlı qeyri-müəyyənliklər səbəbindən neft qiymətləri qarışıq bir seyir izləyir.
News24.az xəbər verir ki, son üç həftənin ən yüksək səviyyəsində bağlayan Brent nefti günə enişlə başlayıb
Çin Xalq Bankının (PBoC) daşınmaz əmlak sektorunu canlandırmaq və xroniki deflyasiya tendensiyasını aradan qaldırmaq üçün atdığı son addımların dünyanın ikinci ən böyük neft istehlakçı ölkəsində neft tələbini artıracağına dair gözləntilər də qiymət artımını dəstəkləyir.
Daşınmaz əmlak sektorunda və mənzil bazarında daralma son 2 ildə ölkədə iqtisadi artıma mənfi təsir göstərən amillərdəndir.
Qeyd edək ki, FED-in siyasət faizlərini gözləniləndən gec azaltmağa başlayacağı və bunun neft tələbinə mənfi təsir göstərə biləcəyi ilə bağlı narahatlıqlar qiymət artımını məhdudlaşdırır.
İnvestorların diqqəti FED-in Federal Açıq Bazar Komitəsinin (FOMC) sabah dərc olunacaq son iclasının protokollarına yönəldilib. Analitiklər, sözügedən protokolların bankın gələcəkdə tutacağı yol haqqında ipucu verəcəyini bildirirlər.
Bildirilir ki, Brent neftində texniki olaraq 83,51-83,53 dollar aralığında gün ərzində müqavimət, 83,41-83,39 dollar arası isə dəstək zonası olaraq izlənilə bilər.
Günel Məlikzadə