Lisenziyasız yüzlərlə kurs bağlandı
    • 20-02-2024, 14:32
    • 264

Lisenziyasız yüzlərlə kurs bağlandı

Türkiyə Təhsil Nazirliyi rəsmilərindən alınan məlumata görə, hər cür rəsmi, özəl və könüllü təşkilatlar səlahiyyətli orqanlardan müəssisə açmaq üçün lisenziya almadan həyata keçirilən fəaliyyət “icazəsiz” sayılır.

News24.az xəbər verir ki, Türkiyədə yüzlərlə lisenziyasız kurs bağlanaraq 80 milyon lirə cərimə kəsilib.

Türkiyə nazirliyi lisenziyasız fəaliyyət göstərən bu kurslarla mübarizə aparır. 

Onu da qeyd edək ki, MEB 1 sentyabr 2023-cü il tarixindən etibarən MEB Özəl Təhsil Müəssisələri Baş Müdirliyinin internet saytında “İcazəsiz Təhsil Fəaliyyəti Bildirişi” linki yaradaraq, əlaltı qurumlarla mübarizədə mövcud təcrübələrinə əlavə olaraq hərtərəfli mübarizəyə başlayıb.

Günel Məlikzadə