-
- 10-04-2021, 12:22
- 1 048
Bakı İslam Universitetinin diplomları tanınmır? - Təhsil Nazirliyi CAVABLADI
"Diplomların verilməsi prosesi mövcud hüquqi-normativ qaydalara əsasən aparılır".
Bunu Təhsil Nazirliyi Bakı İslam Universitetinin (BİU) məzunlarının diplomlarının təsdiq olunmaması ilə bağlı News24.az-ın sorğusunu cavablandırarkən bildirib.
Nazirliyin cavabında bildirilir ki, qeyd edilən qaydalara uyğun olan ali təhsil müəssisəsi Təhsil Nazirliyi tərəfindən verilmiş lisenziya əsasında fəaliyyət göstərir: "Ali təhsil müəssisəsinin tələbələri ali baza və orta ixtisas təhsili istiqamətlərinə uyğun olan ixtisaslar üzrə təhsil alır. Eləcə də, qəbul prosesi müəyyən olunmuş qaydalara əsasən aparılır.
2010-cu ildən etibarən universitetə qəbul mərkəzləşdirilmiş qaydada həyata keçirildiyindən və təhsil müəssisəsi digər qaydaların tələblərini yerinə yetirdiyindən bu müddətdən sonra qəbul olunan məzunlara diplom blankları verilib. Müəyyən olunmuş hüquqi-normativ qaydalara cavab verən məzunlara Təhsil Nazirliyi tərəfindən diplom blanklarının verilməsi mümkündür".
Qeyd edək ki, ötən günlərdə Bakı İslam Universitetinin diplomlarının tanınmaması ilə bağlı xəbərlər yayılmışdı. Buna səbəb kimi universitetin 2010-cu ilədək lisenziyasız fəaliyyət göstərməsi qeyd olunur. Diplomlarını təsdiqlədə bilməyən tələbələrin məhkəməyə üz tutduqları bildirilib.