Bu ölkə elektron pul kisəsini ləğv edir!
    • 20-02-2024, 17:06
    • 213

Bu ölkə elektron pul kisəsini ləğv edir!

Son hadisələrdən sonra Hindistan hökuməti E-cüzdan xidmətini qeyri-müəyyən müddətə ləğv etmək qərarına gəlib. Buna səbəb kimi bu xidməti göstərən bankın çirkli pulların yuyulması işlərində səhlənkarlığı göstərilir.

News24.az xəbər verir ki, "Paytm" adlı bank artıq aktiv əməliyyatlar apara və E-cüzdan hesablarına heç bir pul yükləyə bilməyəcək. Bununla belə, istifadəçilər artıq hesablarını artıra bilməsələr də, artıq əllərində olan pulları xərcləyə biləcəklər. 

Ancaq bu qədər qısa müddətdə 300 milyondan çox insana çatan xidmətin qadağan edilməsi ölkədə bir çox insan tərəfindən reaksiya ilə qarşılanııb. Hindistan şirkətləri ilə yanaşı sıravi vətəndaşların daxili və beynəlxalq maliyyə fəaliyyətlərinə mənfi təsir edəcək bu inkişaf hələ də gündəmdə qalmaqda davam edir.

Hindistanlı E-cüzdan istifadəçiləri "Paytm" bankının buraxdığı səhvin əvəzini ödəməyə məcbur olduqlarını iddia edirlər. İndiki vaxtda elektron pul kisəsi xidməti bir çox insanın həyatında mühüm yer tutur. Paytm CEO-su Vijay Shekhar Sharma, müştərilərinə xidmət edə bilmədiklərinə görə çox təəssüfləndiklərini, lakin vəziyyəti tərsinə çevirmək üçün əllərindən gələni edəcəklərini və Hindistanın rəqəmsal maliyyə macərasında ön sıralarda olmağa davam etmək istədiklərini söyləyib.

Günel Məlikzadə