-
- 9-01-2020, 10:44
- 816
SƏLİS “myGov” portalına inteqrasiya olundu
Əsas məqsədi təqdim edilən elektron xidmətlər vasitəsilə vətəndaşların işlərini asanlaşdırmaq, şəffaflıq və operativliyi təmin etmək olan “myGov” elektron hökumət portalı yeni sistemlərin inteqrasiyası üzrə işləri davam etdirir.
News24.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən idarə edilən “myGov” portalına indiyədək bir çox sistem inteqrasiya olunub. Bura “eAgro”, “eSatınalma”, Azərbaycan Respublikasının Mərkəzi Bankının “Elektron Müraciətlər Sistemi”, “ASAN ödəniş”, “eSosial”, “Birja Auksion” aiddir.
Bu günlərdə portala daha bir sistem inteqrasiya olunub. Belə ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının SƏLİS - Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sisteminin 7 xidmətinə artıq “myGov” platforması üzərindən müraciət etmək mümkündür. Bu xidmətlərə e-Ərizə, e – Ekspertiza, e – Vətəndaş, e - Apelyasiya, e – Növbə, e – İdarəetmə və hesabat, e – Müraciət daxildir.
Artıq SƏLİS istifadəçiləri vətəndaşları, dövlət və biznes qurumlarını vahid platformada birləşdirərək elektron xidmətlər göstərən “myGov” platformasından çıxmadan “qurumlar üzrə” bölməsinə daxil olaraq Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qeyd edilən xidmətlərinə müraciət edə bilərlər. SƏLİS sisteminin məqsədi Şuranın xidmətlərini istifadəçilər üçün daha rahat və əlçatan edərək QHT məmnunluğunu təmin etmək, şəffaflığı, hesabatlığı və səmərəliliyi daha da artırmaq və qərar qəbulu prosesində vətəndaş iştirakçılığını təmin etməkdir.
“myGov” portalına inteqrasiya olunmuş sistemlərin xidmətlərindən başqa platforma üzərindən vətəndaşlara 19 dövlət xidməti və 16 bildiriş xidməti təqdim olunur.