-
- 20-02-2024, 17:07
- 267
WhatsApp-dan növbəti yenilik
"WhatsApp" mobil istifadəçilərinə mesajlaşmada məxfilik və qorunma təmin edən mesajların parolla qorunması xüsusiyyəti artıq "WhatsApp Web" versiyasına gəlir. "WhatsApp" son illərdə məxfilik və məlumatların qorunması ilə bağlı tənqidlərə məruz qalsa da, yeni yeniləmələr vasitəsilə bu boşluğu da bağlayıb.
News24.az xəbər verir ki, "WhatsApp" parolu ilə mesajların kilidlənməsi funksiyası artıq "WhatsApp" veb versiyasına gəlir. Bildiyiniz kimi WhatsApp-da kilidlədiyiniz və gizlətdiyiniz mesajlara veb versiyada qorunmadan daxil olmaq mümkündür.
"WhatsApp Beta Info" tərəfindən açıqlanan yeniləmə təfərrüatlarına əsasən, WhatsApp veb-versiyasının ən son versiyası üçün mesaj şifrələmə funksiyası inkişaf mərhələsindədir.
Bu mənada WhatsApp Web-in məxfi mesajları şifrələmə xüsusiyyəti Gizli kod adlanacaq. "WhatsApp" veb mesajları üçün gizli kod funksiyası, ehtimal ki, növbəti yeniləmə ilə aktivləşdiriləcək.
Günel Məlikzadə