WhatsApp-a yeni funksiya gəlir
    • 18-11-2018, 14:50
    • 1 837

WhatsApp-a yeni funksiya gəlir

WhatsApp daha bir yenilik etməyə hazırlaşır.

Snapchat-dakı məşhur funksiya WhatsApp-a da əlavə ediləcək. Belə ki, bu funksiya ilə istifadəçilər göndərdikləri mesajların silinmə vaxtını təyin edə biləcəklər.

Şirkətə yaxın mənbələrin verdiyi məlumata görə, ilkin mərhələdə mesajlara 10 saniyə, 1 dəqiqə, 1 saat və 1 gün silinmə müddəti qoymaq mümkün olacaq.

//Qaynarinfo.az