Rusiyada qadın məhbuslar müharibəyə cəlb olunur
    • 20-02-2024, 20:39
    • 153

Rusiyada qadın məhbuslar müharibəyə cəlb olunur

Rusiyada müharibəyə qadın məhbuslar da cəlb olunur.

News24.az Modern.az-a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Leninqrad vilayətinin Ulyanovka kəndinin 2 saylı cəzaçəkmə koloniyasının keçmiş məhbusları bildiriblər. Rusiya və Ukraynanın bəzi Teleqram kanalları da belə xəbər yayıb.

Qadınların sözlərinə görə, Müdafiə Nazirliyinin nümayəndələri bir neçə dəfə koloniyaya gəliblər.

Qadın məhbuslara amnistiya vəd edilməklə bir illik müqavilələr, o cümlədən snayperlər kimi müharibəyə getmək təklif edilib.

Deyilənə görə, 20-50 qadın razılaşıb, amma indiyədək onların heç biri koloniyadan götürülməyib.