-
- 20-02-2024, 18:43
- 211
Badımcan turşusundan zəhərlənərək ölən şəxslə bağlı RƏSMİ AÇIQLAMA
Şirvanda badımcan turşusundan zəhərlənmə ilə bağlı yayılan məlumat təsdiqini tapmayıb.
News24.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanası tərəfindən 2001-ci il təvəllüdlü Lalə İlqar qızı Fərziyevaya “toksiki şok, dəqiqləşdirilməmiş sepsis, kəskin respirator çatışmazlığı və poliorqan çatışmazlığı” diaqnozu qoyulmuş və bunun nəticəsində müalicə aldığı xəstəxanada vəfat etdiyi məlum olub.
Qeyd edək ki, ötən gecə badımcan turşusundan zəhərlənmiş gəncin Sumqayıt şəhərində xəstəxanada öldüyü barədə məlumat yayılıb.