Xankəndidə silah-sursat aşkarlandı
    • 21-02-2024, 11:19
    • 154

Xankəndidə silah-sursat aşkarlandı

Xankəndidə silah-sursat aşkarlanıb.

News24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 20-də Xankəndi şəhəri ərazisində 17 ədəd müxtəlif markalı avtomat silahı, 5 tapança, 5 tüfəng, 73 ədəd qumbara, 72 alışdırıcı, 68 ədəd patron darağı, 4821 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.