-
- 21-02-2024, 12:50
- 180
Narkotiklə bağlı cinayətlərin 70,6 faizini işsizlər törədib - DİN
Azərbaycanda narkotiklə bağlı cinayətlərin 70,6 faizini işsiz və oxumayanlar törədib.
News24.az xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin illik hesabatda qeyd olunub.
Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, 2023-cü ərzində ölkədə qeydə alınmış 36811 cinayət hadisəsinin 10057-si və ya 27,3 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub.
Hesabat dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətmiş 8697 şəxs müəyyən edilib. Onların 35,6 faizi əvvəllər də cinayət məsuliyyətinə cəlb olunmuş şəxslərdir.
Cinayət törətmiş şəxslərin 70,6 faizini heç yerdə işləməyən və oxumayanlar, 2,8 faizini qadınlar təşkil edib. Cinayət törədənlərin 0,2 faizi 14-17 yaşda olan uşaqlar, 6,0 faizi 18-24 yaşlı, 15,9 faizi 25-29 yaşlı gənclər, 77,9 faizi isə 30 və yuxarı yaşlı şəxslər olub.