"Kurtlar Vadisi" qayıdır?
    • 21-02-2024, 18:30
    • 128

"Kurtlar Vadisi" qayıdır?

Bir müddətdir ki, yayılan “Kurtlar Vadisi yenidən başlayacaq”mı iddiasına serialın prodüser şirkətindən cavab gəlib. Pana Film, Kurtlar Vadisi ilə bağlı qəti açıqlama verib. 

News24.az xəbər verir Türk serialları tarixinin ən çox baxılan serialı olan "Kurtlar Vadisi" bir müddət əvvəl yenidən başlayacağı iddiaları ilə gündəmə gəlmişdi. İddialara görə, hətta serialın aktyor heyəti və yayımlanacağı platforma da müəyyənləşib. Təbii ki, serialın pərəstişkarlarını həyəcanlandıran bu xəbər sosial mediada sürətlə yayılıb.

Bu gün rəsmi açıqlama verən Pana Film bu iddiaların əsassız olduğunu bildirib. Şirkət serialın yenidən başlayacağı zaman "Pana Film" və Necati Şaşmaz tərəfindən lazımi açıqlamaların veriləcəyini bildirib. Hadisələri yalnız bu iki mənbədən izləməyimizi də əlavə edib.

Günel Məlikzadə