Necati Şaşmaz
    • 12-07-2023, 13:30
    • 692

Necati Şaşmaz "Hacı" oldu

Bir dönəmə damğa vurmuş “Kurtlar vadisi” serialında “Polad” obrazını canlandıran aktyor Necati Şaşmaz Həcc ziyarətinə gedib.

News24.az xəbər verir ki, onun fotosu sosial şəbəkədə gündəm olub.

Həmin foto izləyicilər tərəfindən çox sayda bəyənmə və şərh alıb. İzləyicilər "Hacı Polad" kimi şərhlər yazıblar.

Qeyd edək ki, aktyor 2003-cü ildə “Kurtlar vadisi” serialı ilə məşhurlaşıb. 97 bölüm davam edən serial 2005-ci ildə final edib.

Bundan sonra 2007-c ildə “Kurtlar vadisi pusu” serialının çəkimlərinə başlanıb. 10 sezon davam edən serial 2016-cı ildə 300-cü bölümü ilə son dəfə yayımlanıb.

Aktyor 2022-ci ildə dəvət olunduğu verilişlərdən birində Kurtlar vadisi-nin yenidən başlayacağı iddiaları barədə danışıb:

“Mən də hazırlaşıram. Yəqin ki, yanvar ayında çəkimlərə başlayacağıq”./Bakupost.az/