-
- 21-02-2024, 19:15
- 290
Fermerlərin səsi əks-səda verir
Avropada həmkarlar ittifaqlarının rəhbərlik etdiyi fermer etirazları davam edir.
News24.az xəbər verir ki, hökumətləri ilə oturduqları masalardan istədiklərini ala bilməyən fermerlər artan xərclərə, inflyasiyaya və Avropa Birliyinin kənd təsərrüfatı siyasətlərinə reaksiya verirlər .
Fermerlər öz ölkələrinin paytaxtlarında traktorları ilə paradlar keçirərkən haqsız rəqabətə etiraz edirlər.
Qeyd edək ki, İspaniyada fermerlər bu gün paytaxt meydanlarını doldurublar.
Madriddə Kənd Təsərrüfatı Nazirliyinin qarşısında traktorlarını saxlayan fermerlər Avropa Birliyi xaricindən gələn “haqsız rəqabətə” reaksiya veriblər.
Səlahiyyətlilər fevralın 1-dən etibarən İspaniyada fermerlərin və heyvandarların təşkil etdiyi etirazların bugünkü mərhələsi üçün təxminən 500 traktorun şəhərə girməsinə icazə verdiklərini bildirib.
Günel Məlikzadə