Şagird binadan yıxılıb öldü
    • 22-02-2024, 10:26
    • 443

Şagird binadan yıxılıb öldü

Rusiyanın Tümen şəhərində uşaq hündürmərtəbəli binanın pəncərəsindən yıxılaraq ölüb. 

News24.az Lent.az-a istinadla bildirir ki, hadisə gecə saat 3 radələrində Vereskovaya küçəsində baş verib. Mərhum orta məktəbin yeddinci sinfində təhsil alıb.

Hazırda hadisənin səbəbləri məlum deyil. Oğlanın hansı mərtəbənin pəncərəsindən düşdüyü də açıqlanmır.