12 yaşlı qız məktəbin pəncərəsindən YIXILDI
    • 8-12-2023, 09:45
    • 303

12 yaşlı qız məktəbin pəncərəsindən YIXILDI

Rusiyanın Krasnodar diyarında 12 yaşlı qız məktəbin ikinci mərtəbəsindən yıxılıb.

News24.az Lent.az-a istinadla xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Hadisə nəticəsində azyaşlı xəsarət alıb. Müayinə və lazımi yardımın göstərilməsi üçün tibb müəssisəsinə aparılıb", - idarənin "Telegram" kanalında yazıb.

Polisin qeyd etdiyi kimi, məktəbin müəllim və şagirdləri tərəfindən qıza qarşı heç bir qanunsuz hərəkət olmayıb. Hazırda hadisənin baş vermə şəraiti müəyyən edilir, təhsil müəssisəsinə baxış keçirilir.