ABŞ-dan sülh prosesinə dəstək
    • 22-02-2024, 10:34
    • 190

ABŞ-dan sülh prosesinə dəstək

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəlik mətbuat brifinqində Azərbaycan və Ermənistan arasında sülh danışıqları ilə bağlı onların mövqeyini dəyərləndirib.

News24.az xəbər verir ki, sözçüsü Miller, "ABŞ olaraq, iki ölkə arasında razılığın əldə edilməsini dəstəkləyirik və buna kömək etməyə davam edəcəyik" deyib. 

O bəyan edib ki, Bakı ilə İrəvan arasında sülh sazişi "əldə edilə bilən" nöqtədədir.

ABŞ dövlət katibi Antoni Blinkenin ötən həftə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistan liderləri ilə görüşdüyünü və bu görüşlərdə ABŞ-ın prosesə dəstəyini nümayiş etdirdiyini qeyd edən Miller, iki ölkənin problemin həlli üçün səylər göstərdiyini bildirib. 

Günel Məlikzadə