-
- 22-02-2024, 15:08
- 320
Tanınmış futbolçu həbs olundu - FOTO
Ötən ilin yanvar ayında həbs olunan Braziliya millisinin və İspaniyanın “Barselona” klubunun keçmiş futbolçusu Dani Alves yenidən məhkəmə qarşısına çıxıb.
News24.az Modern.az-a istinadən xəbər verir ki, 40 yaşlı veteran müdafiəçi 4,5 il müddətinə azadlıqdan məhrum edilib.
Cəzadan əlavə, tanınmış futbolçu zərərçəkənə 150 min avro təzminat ödəyəcək.
Qeyd edək ki, Dani Alves 2022-ci ilin sonlarında Barselona şəhərində yerləşən gecə klubunda bir qadına təcavüz etməkdə ittiham olunaraq saxlanılıb.