"Barselona" Fransa millisinin müdafiəçisini transfer edib
    • 28-07-2022, 21:06
    • 409

"Barselona" Fransa millisinin müdafiəçisini transfer edib

İspaniya "Barselona"sı heyətini yeni futbolçu ilə gücləndirib.

News24.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi "Sevilya"dan Jül Kundeni transfer edib.

Fransa millisinin müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb. "Barselona" 24 yaşlı oyunçu üçün qarşı tərəfə 55 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Jül Kunde 2019-cu ildən "Sevilya"da çıxış edirdi.