-
- 31-07-2018, 13:27
- 1 431
“Bakubus” avtobuslarında kondisioner işləmir, sürücü kobudluq edirsə sərnişin nə etməlidir?
Yayın isti keçməsi insanları bir az daha hövsələsiz edib. “Bakubus”a məxsus avtobuslarda kondisionerlərin olması insanlarda böyük məmnunluqla qarşılansa da son zamanlar bu avtobuslardan da narazılıq artıb.
News24.az redaksiyasına müraciət edən Ruhiyyə Qasımova bildirib ki, bir çox marşrut xətlərində sürücülər kondisionerləri qəsdən söndürürlər.
"Hər zaman ciddi rejim əsasında işləyən “Bakubus” sürücüləri sərnişin sıxlıq səbəbi iləön qapıdan avtobusa daxil olanda və düşəndə dava edirlər. Bununla belə avtobusa təlimatda göstəriləndən artıq sərnişin yığımaqdan çəkinmirlər. Bu da öz növbəsində avtobusun içərisində temperaturun daha da yüksəlməsinə, kondisionerlərin gücünün çatmamasına səbəb olur".
Şikayətlərlə bağlı “BakuBus” MMC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qabil Babayev sorğumuza cavab olaraq bildirdi ki. sürücülərin kondisionerləri işlətməmək kimi bir hüququ yoxdur, bu qadağandır və onlara ümumi sistemdən nəzarət olunur. Hansısa nasazlıq olanda dərhal Mobil Servis Qrupu tərəfindən aradan qaldırılır, nasaz avtobuslar hərəkəti dayandırır, sərnişinlərin digər avtobuslarla yoluna davam etdirilməsi təmin edilir
"Hər bir avtobusda qaynar xətt telefonu və sürücünün adı qeyd olunub. Sərnişinlər avtobusda baş verən istənilən şikayətlə bağlı həmin telefona zəng edə bilərlər. Biz araşdırıb tədbir görürük".
Ümid edirik, hər gün rastlaşdığımız problemlər aradan qaldırılacaq və “Bakubus” nümunəvi ictimai xidmət olaraq qalacaq.
İlhamə