-
- 23-02-2024, 11:50
- 224
“Fikrət Məmmədov layiqli namizəddir”
“Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin hakimliyinə layiqli namizəddir”.
News24.az xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini, Hüuq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli deyib:
“Cənab Prezident Milli Məclisə Fikrət Məmmədovun Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyinatı ilə bağlı təqdimat göndərib. Bu məsələyə komitədə baxılaraq, müsbət rəy verilib. Onun ədliyyə orqanlarına rəhbərlik etdiyi dövrdə parlamenlə də uğurlu əməkdaşlıq qurulub. O, bir çox nəcib insani keyfiyyətləri ilə də fərqlənib. Hörmətli deputatlar, əminəm ki, Fikrət Məmmədov bundan sonra da hüquq sisteminin inkişafına töhfəsini verəcək”.
Fərid Azəri