-
- 4-07-2023, 12:28
- 378
Konstitusiya Məhkəməsi indiyədək 25 mindən çox qərar qəbul edib
"Konstitusiya Məhkəməsi 25 il müddətində insan hüquq və azadlıqlarının, konstitusiya dəyərlərinin qorunması sahəsində fəaliyyət göstərib".
Bunu “Konstitusiya normalarının tətbiqi vasitəsilə qanunvericiliyin inkişafı” mövzusunda keçirilən beynəlxalq konfransda Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib.
Sədr əlavə edib ki, indiyədək Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərarların çox hissəsi insan və hüquq azadlığı ilə bağlı olub: "Məhkəmənin mühüm səlahiyyətlərindən biri də konstitusiya və qanunların şərhidir. Konstitusiya Məhkəməsi tərəfindən bir çox qanunlar şərh edilib. Eyni zamanda biz öz fəaliyyətimizi beynəlxalq təcrübə və Avropa insan hüquqları məhkəmələrinin təcrübəsi ilə zənginləşdirməyə çalışmışıq. Ona görə təsadüfi deyil ki, 14 ölkə nümayəndələri bu gün tədbirimizə qatılıb. Bizim üçün şərəflidir ki, Konstitusiya məhkəməsinin 25 illik yubileyi məhz Heydər Əliyevin anadan olmasının 100 illiyinə təsadüf edib".
Fərhad Abdullayev 25 il müddətində Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərarlardan da danışıb. Onun sözlərinə görə, Konstitusiya Məhkəməsi 25 545 qərar və 106 qərardad qəbul edib.
Qumral Əliyeva