Bakının bu rayonunda SU KƏSİLƏCƏK - XƏBƏRDARLIQ
    • 23-02-2024, 12:06
    • 133

Bakının bu rayonunda SU KƏSİLƏCƏK - XƏBƏRDARLIQ

Su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bu gün Bakının Yasamal rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

News24.az bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadən xəbər verir.

Qurum bununla əlaqədar abonentlərdən üzr istəyib.