-
- 23-02-2024, 13:21
- 228
Bu şəxslərə cərimələr tətbiq olunacaq
Sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi zamanı davranış qaydalarına riayət edilməməsinə görə yeni cərimələr tətbiq ediləcək.
News24.az-ın xəbərinə əsasən, Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirə olunub.
Layihədə təsbit olunub ki, sosial xarakterli fövqəladə mühit rejimini zamanı davranış qaydalarına riayət edilməməsinə görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə cərimə ediləcək yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə olunacaq.
Dəyişikliklər səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Fərid Azəri