-
- 23-02-2024, 16:47
- 211
Latviyadan Rusiya və Belarusa qadağa
Latviya Seymi "Kənd təsərrüfatı və kənd yerlərinin inkişafı haqqında" qanuna Rusiya və Belarusdan kənd təsərrüfatı məhsullarının idxalını faktiki olaraq qadağan edən dəyişiklikləri yekun oxunuşda qəbul edib.
News24.az xəbər verir ki, “Bir sıra nazirliklər tərəfindən hazırlanmış düzəlişlərə əsasən, üçüncü ölkələrdən Rusiya və Belarus kənd təsərrüfatı və yem məhsullarının Latviyaya idxalı da qadağandır”.
Qeyd edək ki, qadağa 2025-ci il iyulun 1-dək qüvvədə olacaq, lakin zəruri hallarda uzadıla bilər.
Düzəlişlərin annotasiyasında belə izah edilir ki, "Latviya Rusiya ilə həmsərhəd ölkə kimi öz təhlükəsizliyini qorumaq üçün təcavüzkar ölkə ilə iqtisadi əlaqələri ən qısa zamanda pozmağa gedir. Latviyanın təşəbbüsü Avropa İttifaqının ümumi sanksiyalar siyasətinin əlavə elementidir".
Sənəddə həmçinin Latviya hökumətinə ölkəyə idxalı qadağan ediləcək konkret kənd təsərrüfatı məhsullarının və yemlərin sadalanmasını əks etdirən qaydaları təsdiq etmək tapşırılıb.
Günel Məlikzadə