-
- 13-01-2022, 11:21
- 418
Kənd təsərrüfatı məhsullarının istehsal həcmi 3,8 faiz artıb
"2021-ci ilin yanvar-noyabr ayları ərzində kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.8 faiz artıb".
News24.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzi tərəfindən hazırlanan “Kənd təsərrüfatı” aylıq informasiya bülletenində bildirilib.
Qeyd olunub ki, kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcminin dəyəri faktiki qiymətlərlə 8612.1 milyon manat təşkil edib ki, bunun da 49.1 faizi (4232.6 milyon manat) heyvandarlıq sahəsinin, 50.9 faizi (4379.5 milyon manat) bitkiçilik sahəsinin payına düşüb.
2021-ci ilin yanvar-noyabr aylarında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 6.4 faiz təşkil edib.2020-ci ilin yanvar-noyabr aylarında isə bu göstərici 7,2 faiz təşkil edib.
2021-ci ilin yanvar-noyabr aylarında yumurta, sair dənlilər, dən üçün qarğıdalı, pambıq, şəkər çuğunduru və tütün istisna olmaqla bütün kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb.
2021-ci il dekabr ayının 1-nə kimi təmiz herik şumu da daxil olmaqla 2021-ci ilin payızlıq əkinləri üçün 1024,1 min hektar və ya 2020-ci ilin müvafiq dövrünə nisbətdə 2,4 faiz çox sahə şumlanıb.