-
- 23-02-2024, 22:53
- 217
Yanğın baş verdi : 7 yaşlı uşaq öldü
Rusiyanın Amur vilayətində fərdi taxta konstruksiyalı evdə yanğın baş verib.
News24.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindn məlumat verilib.
Məlumata görə, bina tamamilə yanıb. Evdə yaşayan 50 yaşlı qadın qaçaraq canını qurtarıb, amma onun yeddi yaşlı oğlu yanğının içində qalaraq ölüb.
Bildirilir ki, yanğına səbəb ehtiyatsızlıqdan olub.
Faktla bağlı araşdırma aparılır
Mehriban Mirzəzadə