Xaçmazda yanğın oldu
    • 29-12-2019, 00:30
    • 1 725

Xaçmazda yanğın oldu

Xaçmaz rayonunda fərdi yaşayış evində yanğın baş verib.
News24.az xəbər verir ki, hadisə rayonun Sudur kəndində, Əli Hacıyevə məxsus iki mərtəbəli evdə qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xaçmaz və Xudat yanğından mühafizə hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğının ətraf tikililərə keçməsinin qarşısı alınıb.
Yanğın nəticəsində xəsarət alan olmasa da, iki mərtəbəli ev tamamilə yanıb.
İlkin məlumata görə, hadisəyə səbəb odun bacasının tutulması göstərilir. Faktla bağlı araşdırma aparılır.