Yaşlı kişi məktəbli qızın saçından dartıb...
    • 23-02-2024, 23:30
    • 229

Yaşlı kişi məktəbli qızın saçından dartıb...


Rusiyanın Krasnodar diyarında yaşlı kişi on yaşlı qıza hücum edib. 

News24.az xəbər verir ki, bu barədə “Krasnodar | Teletayp"  Telegram kanalında videogörüntülər yayılıb. 

Qeyd edək ki, hadisə fevralın 22-də Ust-Labinsk rayonunun Kirpilskaya kəndində baş verib. Hadisə şahidlərinin sözlərinə görə, qız və bir qrup sinif yoldaşı məktəbdən qayıdırmış: uşaqlar küçədə oynayıb şəxsi evin zəngini çalıblar. Məktəblilər yol ilə gedərkən yaşlı bir kişi onları təqib edib. Yayımlanan görüntülərdə yaşlı kişinin qızlardan birinin saçından tutub kənara aparması əks olunub.

Məlumata əsasən, hadisədən sonra qız valideynlərinə hər şeyi danışıb. Onlar uşağı tibb müəssisəsinə aparıblar. Həkimlər məktəbli qıza üzünün yumşaq toxumalarının əzilməsi diaqnozu qoyublar.

Polis hadisə ilə bağlı araşdırma aparır.

Mehriban Mirzəzadə