-
- 24-02-2024, 18:30
- 279
Yaponiyada 5,1 bal gücündə zəlzələ oldu
Yaponiya sahillərində 5,1 bal gücündə zəlzələ qeydə alınıb.
News24.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri təxminən 239 min insanın yaşadığı Haçinohe şəhərindən (Honsyu adası) 190 km cənub-şərqdə yerləşib. Zəlzələ 10 km dərinlikdə yerləşib.
Sunami təhlükəsi barədə məlumat verilməyib.
Mehriban Mirzəzadə