Bu ölkədə güclü zəlzələ oldu
    • 17-01-2024, 18:30
    • 166

Bu ölkədə güclü zəlzələ oldu

Filippin sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib.

News24.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri 300 mindən çox insanın yaşadığı Butuan şəhərindən 109 kilometr cənub-şərqdə olub. Zəlzələnin ocağı 63 kilometr dərinlikdə yerləşib.

Təlafat və dağıntı barədə məlumat yoxdur.

Mehriban Mirzəzadə