-
- 24-02-2024, 20:45
- 287
İt meşədə 9 kiloqrama yaxın "narkotik xəzinəsi" tapdı
Leninqrad vilayətində Sankt-Peterburq sakininin iti gəzinti zamanı 9 kiloqram a yaxın narkotik tapıb.
News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə "Fontanka" yazır.
27 yaşlı gənc polisə zəng edərək itinin Vsevolojsk yaxınlığındakı meşədə böyük qara çanta tapdığını bildirib. Peterburq sakini onun içəində narkotik ola biləcəyini söyləyib.
Hadisə yerinə gələn polis paketdən 9 kiçik kisə ağ toz götürüb. "Xəzinə"nin ümumi kütləsi 8,5 kq-ı ötüb. Laboratoriyada aparılan sınaqlar onun sintetik dərman olduğunu göstərib.
Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsi cinayət işinin başlanması barədə məlumat yayıb. Narkotik sahibinin müəyyən edilərək saxlanılması istiqamətində də tədbirlər görülüb.