-
- 27-12-2018, 11:00
- 876
Sankt-Peterburqda polis təcridxanasında Ermənistan vətəndaşı intihar edib
R usiyanın Sankt-Peterburq şəhərinin Primorsk müvəqqəti saxlanma təcridxanasında saxlanılan Ermənistanın vətəndaşı, 33 yaşlı Artyom Qriqoryan intihar edib.
Ermənistan KİV-i xəbər verir ki, bu barədə Sankt-Peterburq Polis İdarəsindən bildirilib.
Bildirilib ki, ölümündən qabaq Qriqroyan 26 yaşlı həyat yoldaşına məktub yazıb. Lakin qadına məktubla tanış olmağa, ərinin meyitinə baxmağa icazə verilməyib. Qadın əri öləndən bir gün sonra onunla görüş məqsədi ilə təcridxanaya gedib. Ancaq ona hadisə ilə bağlı məlumat verməyiblər.
Qohumları bildirib ki, Qriqoryanı tanışlarından birinə verdiyi 100 min rubl borcun (təxminən 1500 dollar) qaytarılmasını istədiyi üçün tutublar.
Rusiyan Daxili İşlər Nazirliyi Leninqrad vilayəti və Sankt-Peterburq üzrə Baş İdarəsi Artyom Qriqoryanın intiharı ilə bağlı məsələni xidməti iş olaraq araşdrır.
//Report