Türkiyədən Xocalı Soyqırımı ilə bağlı MESAJ
    • 26-02-2024, 11:47
    • 182

Türkiyədən Xocalı Soyqırımı ilə bağlı MESAJ

Türkiyə Xarici İşlər Nazirliyi Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar başsağlığı mesajı yayıb. 

News24.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada xatırladılıb ki, 1992-ci il fevralın 26-da Azərbaycanın Qarabağ bölgəsinin Xocalı şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən 613 günahsız Azərbaycan vətəndaşı qətlə yetirilib, yüzlərlə insan yaralanıb.

Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı dərc olunan başsağlığı mesajında aşağıdakı ifadələr yer alıb:

“1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərində günahsız dinc əhaliyə qarşı törətdiyi qətliamı pisləyirik. Həmin gün baş verən vəhşilik bəşər tarixində qara iz buraxdı. Xocalıda şəhid olan 613 qardaşımızın və həmin gün yaralanan, əsir düşən, itkin düşən bütün azərbaycanlıların ağrıları hələ də ürəyimizdədir. Xocalı qətliamında həyatını itirənlərə Allahdan rəhmət diləyir və Azərbaycan xalqına bir daha başsağlığı veririk”.

Günel Məlikzadə