İsrail ordusu Hizbullahı hədəf alıb
    • 26-02-2024, 16:32
    • 283

İsrail ordusu Hizbullahı hədəf alıb

İsrail ordusundan verilən açıqlamaya görə, ordu aviasiyası Livanın daxili bölgələrində Hizbullah hədəflərinə hava zərbəsi endirib.

News24.az xəbər verir ki, Livan mediasında yer alan xəbərlərdə isə İsrailin Baalbekdəki bəzi anbarları vurduğu və hücum nöqtəsində böyük dağıntının yaşandığı ifadə edildi.

Hücumdan sonra yayımlanan görüntülərdə hədəf alınan anbarların tamamilə dağıdıldığı və ərazidəki bir çox avtomobilə ciddi ziyan dəydiyi göstərilir. Hücumda ölən və yaralananların olduğu da bildirilib.

Qeyd edək ki, Hizbullah hələlik hücumla bağlı açıqlama verməyib. İsrail ordusu 2023-cü il oktyabrın 8-dən Hizbullah Hərəkatı ilə qarşıdurmalardan sonra ilk dəfədir ki, Hizbullahın ölkənin şərq bölgəsində Suriya sərhədində yerləşən Baalbek vilayətindəki hədəfləri vurur.

Günel Məlikzadə