İsrail Hizbullaha hücumlar endirdi
    • 8-01-2024, 11:15
    • 250

İsrail Hizbullaha hücumlar endirdi

İsrail Müdafiə Qüvvələri (IDF) bildirib ki, yanvarın 8-nə keçən gecə Livan Hizbullah hərəkatının çoxsaylı hədəflərinə hücum edib.

News24.az xəbər verir ki, bu barədə İsrail ordusu Telegramda məlumat yayıb.

“İD gecə saatlarında Livandakı çoxsaylı Hizbullah hədəflərinə zərbələr endirib”, - məlumatda deyilir.

İsrail qırıcılarının hərəkatın hərbi kompleksinə, həmçinin Hizbullahın raket buraxılış qurğusuna və Aita əş-Şab bölgəsindəki infrastrukturuna zərbələr endirib.

Qeyd edək ki, bundan əvvəl Hizbullah bölmələrinin İsrailin şimalındakı hərbi obyektə 60-dan çox raket atdığı məlum olub.

Ayşən