Ankara ermənilərə pul ayırdı
    • 27-02-2024, 11:04
    • 207

Ankara ermənilərə pul ayırdı

Türkiyə Mətbuat Şurası iki illik fasilədən sonra erməni, yunan və yəhudilərin çap mediasına maliyyə dəstəyi ayırmağa qərar verib.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, Mətbuat Şurasının qərarı ilə milli azlıqların çap media qurumlarına 300 min lirə ayrılacaq.

2022-ci ildən etibarən Türkiyə hökuməti maliyyə dəstəyini dayandırmışdı.

Milli azlıqların çap mediasına maliyyə dəstəyi Türkiyənin Lozanna müqaviləsinə əsasən qəbul etdiyi öhdəlikdir