Hizbullah İsrailin hava bazasını vurub
    • 27-02-2024, 13:55
    • 192

Hizbullah İsrailin hava bazasını vurub

Hizbullah Livanın cənubundan İsrailin hava nəzarət bazasına çoxlu raketlər atdığını açıqlayıb. Livandakı Hizbullah Hərəkatı məsələ ilə bağlı açıqlama yayıb.

News24.az xəbərverir ki, açıqlamada, Çermek dağının zirvəsində yerləşən Meron Hərbi Hava Nəzarət Bazasına çoxlu raketlərin atıldığı bildirilib.

Qeyd edilib ki, hava bazası dünən İsrailin Livanın Baalbek şəhəri yaxınlığındakı Hizbullah hədəflərinə hücumuna cavab olaraq hədəfə alınıb.

Xatırladaq ki, dünən ilk dəfə olaraq İsrail aviasiyası Livan-İsrail sərhədindən təxminən 120 kilometr aralıda yerləşən Baalbek şəhərində Hizbullahın 2 hədəfini vurub və hücumda 2 üzvü həlak olub.

Günel Məlikzadə