Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri əsgərlərlə görüşüb
    • 20-04-2019, 12:38
    • 1 195

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri əsgərlərlə görüşüb

Azərbaycan Ordusunda milli-mənəvi dəyərlərimizin təbliği, şəxsi heyətə vətənpərvərlik hisslərinin aşılanması məqsədilə Müdafiə Nazirliyi Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi ilə birgə tədbirlər həyata keçirir.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, birgə tədbirlər planına uyğun olaraq komitə nümayəndələri bu günlərdə Hərbi Dəniz Qüvvələrində dənizçilərlə görüşüb.

Görüşdə gənclərin zərərli vərdişlərdən qorunmasında milli-mənəvi dəyərlərimizin rolu mövzusunda söhbətlər aparılıb və  şəxsi heyəti maraqlandıran suallar cavablandırılıb.