DQİDK-nin nümayəndələri cəbhədə ƏSGƏRLƏRLƏ GÖRÜŞDÜ - FOTO
    • 23-08-2019, 11:45
    • 667

DQİDK-nin nümayəndələri cəbhədə ƏSGƏRLƏRLƏ GÖRÜŞDÜ - FOTO

Azərbaycan Ordusunda milli-mənəvi dəyərlərimizin təbliği, şəxsi heyətə vətənpərvərlik hislərinin aşılanması məqsədilə Müdafiə Nazirliyi Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi ilə birgə tədbirlər həyata keçirir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, birgə tədbirlər planına uyğun olaraq komitə nümayəndələri cəbhə bölgəsində yerləşən hərbi hissələrdə şəxsi heyətlə görüşüb.

Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, onların zərərli vərdişlərdən qorunmasında milli-mənəvi dəyərlərimizin rolu və bu istiqamətdə həyata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyəti iştirakçıların diqqətinə çatdırılıb.

Sonda şəxsi heyəti maraqlandıran suallar cavablandırılıb.