-
- 28-02-2024, 15:35
- 462
Dünyanın ən çox sanksiyaya məruz qalan ölkəsi
Sanksiyaları izləyən Castellum.AI platformasının məlumatına görə, Ukrayna müharibəsi başlayandan bu yana Qərb ölkələrinin Rusiyada fərd və təşkilatlara qarşı tətbiq etdiyi sanksiyaların ümumi sayı fevralın 12-nə 16 587-yə çatıb.
News24.az xəbər verir ki, ümumilikdə 3 min 585 sanksiya ilə Rusiyaya ən çox sanksiya tətbiq edən ölkə ABŞ olub. Kanada Rusiyaya 2 min 765, İsveçrəyə 2 min 403, Avropa İttifaqına (Aİ) 1785, Böyük Britaniyaya 1749 sanksiya tətbiq edib.
Aİ keçən həftə 13-cü sanksiya paketini, ABŞ isə Rusiyaya qarşı 500-dən çox yeni sanksiya tətbiq etmək qərarına gəldiyini açıqlayıb.
Dövlətlərdən başqa, bir çox Qərb şirkətləri müharibədən sonra Rusiya bazarından çıxdı, fəaliyyətini dayandırdı və ya əhəmiyyətli dərəcədə azaldıb.
Rusiya bazarını tərk edən mühüm şirkətlər arasında "Apple, Airbus, Boeing, McDonald's, Netlfix, Starbucks, IKEA, BP, Shell, ExxonMobil, Mercedes, Nissan, Renault və Coca Cola" var.
Sanksiyaların konkret təsirinin müşahidə oluna bildiyi avtomobil bazarında müharibədən əvvəl ən çox satılan xarici avtomobil markaları olan Toyota, Mercedes, Volkswagen və Audi-nin yerini "Haval, Geely və Chery" aldı.
2023-cü ildə Rusiyada 119 min "Chery" markalı avtomobil satıldığı halda, 112 min "Haval, 94 min Geely, 48 min Changan, 42 min 100 Exeed və 42 min OMODA" satıldı.
Günel Məlikzadə