"Kaş qızımı ora ərə verməzdim" - Mətanət İsgəndərli
    • 28-02-2024, 22:00
    • 542

"Kaş qızımı ora ərə verməzdim" - Mətanət İsgəndərli

"Gərək qızımı uzağa ərə verməzdim. Çox çətindir. Hər gedəndə ayrılıqlar məni öldürür. Gələndə nə o mənə, nə mən ona ağlamağımı göstərirəm".

News24.az Axşam.az -a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Ay Zaur" proqramında deyib.

Müğənni türkiyəli iş adamı ilə ailə quran qızı Ülkərdən danışıb. O bildirib ki, qızını əcnəbi vətəndaşa ərə verməyə peşman olub. 

Qeyd edək ki, Ülkər ailə qurduqdan sonra Antalyada yaşayır. Onun bir övladı dünyaya gəlib.