-
- 29-02-2024, 10:44
- 417
Azaraq Ermənistana keçən əsgərimizlə bağlı YENİ XƏBƏR
Ermənistanda Azərbaycan Ordusunun hərbçisinə qarşı uydurma ittihamlarla cinayət işi açılıb.
News24.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hərbçi Ruslan Pənahova qarşı Ermənistan Respublikası Cinayət Məcəlləsinin 335, 340-cı maddəsinin 1-ci hissəsi, 44-425-ci maddəsinin 1-ci hissəsi və 469-cu maddəsinin 1-ci hissəsi - silah və sursat saxlama, təxribata cəhd, o cümlədən milli və dini mənsubiyyətə görə nifrət, dözümsüzlük və düşmənçilik zəminində adam öldürməyə cəhd maddələri ilə cinayət işi açılıb.
Bildirilib ki, vəziyyətlər aydınlaşdırılır.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb. Hərbi qulluqçumuzun tapılması məqsədilə dərhal başlanılan axtarış tədbirləri davam etdirilir.
Qumral