"Qarabağ" FK 30 mövsüm səfərdə” filmi çəkilib -VİDEO
    • 1-03-2024, 18:48
    • 720

"Qarabağ" FK 30 mövsüm səfərdə” filmi çəkilib -VİDEO

"Qarabağ" Futbol Klubu (FK) ilə bağlı çəkilən filmin adı məlum olub.

News24.az xəbər verir ki, film 2023-cü ildə istehsal olunub.

Məlumata görə, 2022-ci ildə istehsalına başlanan layihə 2023-cü ilin sonunda hazır olub. Filmin çəkiliş arealı da böyük bir ərazini əhatə edib. Azərbaycanın müxtəlif bölgələrində (Bakı, Sumqayıt, Qəbələ, Ağdam və s) aparılan çəkilişlərlə yanaşı, Polşa, İtaliya, Niderland və Polşada da çəkilişlər aparılıb. Araşdırma aparılaraq geniş video və foto arxivdən istifadə olunub. 40 nəfərə yaxın şəxsdən müsahibə alınıb.

Film 30 ildə - klubun doğma şəhəri Ağdam işğal olunduqdan sonra qaçqın olmuş, bütün oyunlarını “səfərdə” oynamış, buna baxmayaraq Azərbaycanın ən uğurlu futbol klubu olan “Qarabağ” Futbol Klubuna həsr olunub. Layihədə klubun fəaliyyətə başlaması və formalaşması, doğma stadionundakı son oyunlar zamanı savaşa görə ölüm təhlükəsi yaşaması, işğal nəticəsində qaçqın kluba çevrilməsi, fəaliyyəti dövründə klubu tərk etməyən fədakar məşqçi və futbolçular, həmçinin doğma klubu addımbaaddım izləyən azarkeşlərin təəssüratları əks etdirilir.

Bu, vətənindən didərgin düşsə də, ayaqda qalmaq və sonda vətəninə qayıtmaq arzusunu itirməyən kiçik əyalət klubunun ölkənin əsas klubuna çevrilmək hekayəsidir.

Filmin baş prodüseri: Arzu Əliyeva,Prodüserlər Nazim Hüseynov, Orman Əliyev, Balakişi Qasımovdur.

Quruluşu rejissor: Fuad Qliyev,

Ssenari müəllifləri: İsmayıl Səfərli, Roman Orkodaşvili, Ramil Ələkbərov,Fuad Quliyevdir.

Montaj rejissoru: Əsgər Rəhimovdur.

Mehriban Mirzəzadə