"Qarabağ"ın mətbuat xidmətinin rəhbəri məlum oldu
    • 13-09-2023, 21:41
    • 462

"Qarabağ"ın mətbuat xidmətinin rəhbəri məlum oldu

“Qarabağ” Futbol Klubunda yeni təyinat gerçəkləşib.

News24.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.  Anar Hacıyev Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri təyin olunub.

O bu il iyunun 13-dən vakant olan postu tutub. A. Hacıyev bunadək “Qəbələ” İdman Klubunun Media və Marketinq meneceri vəzifəsində çalışıb.