-
- 2-03-2024, 12:40
- 195
“Bakı Bus” avtobusu piyadanı vurub öldürdü
Bakıda avtobus piyadanı vuraraq öldürüb.
News24.az xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb. Məlumata görə, Nadir Rəhimovun idarə etdiyi Bakı Bus MMC-yə məxsus “BMC” markalı 99 JU 723 dövlət qeydiyyat nişanlı sərnişin avtobusunu 163 saylı marşrutla Bakı şəhəri, Nizami rayonu, X.R.Ulutürk küçəsində avtomobil yolu ilə idarə edib.
O, Heydər Əliyev prospektinə dönərkən yolu keçən piyada 1998-ci il təvəllüdlü Oruc İbrahimovu avtobusun qabaq sağ hissəsi ilə vurub, nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.