Bakıda avtomobil piyadanı vuraraq öldürüb
    • 11-01-2024, 09:26
    • 171

Bakıda avtomobil piyadanı vuraraq öldürüb


Bakının Sabunçu rayonu Kürdəxanı qəsəbəsində avtomobil yolu keçmək istəyən qadını vuraraq öldürüb.

News24.az xəbər verir ki, Tağı Nurəddin oğlu idarə etdiyi "KIA" markalı avtomobillə Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsindən mərkəz istiqamətində hərəkətdə olarkən Sabunçu qəsəbəsində "Bolmart" supermarketin yaxınlığında ehtiyatsızlıqdan yolu keçən piyada - 1963-cü il təvəllüdlü Məmmədhəsənova Yeganə Həmzə qızını vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.