9 il əsarətdə qalan türk gəmiləri yurda döndü
    • 31-07-2018, 16:08
    • 1 313

9 il əsarətdə qalan türk gəmiləri yurda döndü

2008-ci ildən Əlcəzair dövlətinin əsirliyində olan 3 türk gəmisi və gəmi ekipajı 9 illik həsrətdən sonra vətənə dönüb.

News24.az-ın məlumatına görə, "Aqua Group AŞ" şirkətinə məxsus 3 gəmi 9 il öncə Əlcəzair dövlətinin icazəsi ilə bu ölkə sularında balıq ovlamaq və ölkədəki balıqçılara təlim keçmək məqsədi ilə səfərə çıxmışdı. Lakin, anlaşılmayan bir səbəb üzündən Əlcəzair 3 gəmini müsadirə edib və ekipaj üzvlərinin hər birinə 6 il həbs cəzası vermişdi. Şirkət isə ümumilikdə 70 milyon avro çəza almışdı. 9 il davam edən məhkəmə Türkiyə tərəfinin zəfəri ilə başa çatıb və 9 il sonra gəmilər bu gün yurda dönüb.

İlhamə