Ronaldo bu tarixdə futboldan ayrılacaq
    • 4-03-2024, 17:22
    • 435

Ronaldo bu tarixdə futboldan ayrılacaq

Karyerasını “Əl Nassr”da davam etdirən 39 yaşlı Kriştianu Ronaldonun sevgilisi Corcina Rodriqes karyerası ilə bağlı açıqlama verib.

News24.az xəbər verir ki, Paris Moda Həftəsində podiuma çıxan Georgina Rodriguez Cristiano Ronaldo temalı geyimi ilə bütün diqqətləri üzərinə çəkib.

Georgina Rodriguez də kulis söhbətində verdiyi məlumatla böyük səs-küy yaratdı.

Paris Moda Həftəsində iştirak edən şəxsin kamerasına düşən görüntüdə Georgina Rodriguez Ronaldonun nə vaxt futbolu tərk edəcəyini deyib.

Georgina Rodriguez, "Cristiano bir ildən sonra təqaüdə çıxacaq. Bəlkə iki il, bilmirəm" dedi.

Günel Məlikzadə