Səhvən sirkə turşusu içən şəxs öldü
    • 5-03-2024, 13:09
    • 163

Səhvən sirkə turşusu içən şəxs öldü

Şəkidə kişi sirkə turşusu içərək ölüb.

News24.az APA-ya istinadən bildirir ki, 1968-ci il təvəllüdlü Füzuli Məhərrəmov yaşadığı mənzildə həyat yoldaşı tərəfindən ölü aşkarlanıb.

Bildirilib ki, Füzuli Məhərrəmov həmin gün sərxoş vəziyyətdə səhvən sirkə turşusu içib.

Faktla bağlı araşdırma aparılır.